Cənubi Koreyada it əti ilə bağlı qanun layihəsi qəbul edildi

Qanun layihəsi 2027-ci ildə qüvvəyə minəcək

2086296
Cənubi Koreyada it əti ilə bağlı qanun layihəsi qəbul edildi

 

  Cənubi Koreyada it ətinin ticarətini və istehlakını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.

  İtlərin yetişdirilməsi, kəsilməsi, paylanması və ət məqsədilə satışını qadağan edən qanun layihəsi lehinə 208, bitərəf 2 səslə qəbul edilib.

  Qanun layihəsi 2027-ci ildə qüvvəyə minəcək. Qaydaları pozanlara maksimum 2 il həbs və ya təxminən 23 min dollar pul cəzası kəsilə bilər.

  Həmçinin qanun layihəsi it əti sənayesində çalışan insanlara iş yerlərini dəyişmək üçün subsidiyaların verilməsini nəzərdə tutur.

  Hökumətin məlumatına görə, Cənubi Koreyada təxminən 1150 it ferması, 34 qəssab, 219 distribyutor və it ətindən hazırlanan yeməklər satan 1600-ə yaxın restoran var.

  Cənubi Koreyada keçirilən sorğuda iştirakçıların 90 faizdən çoxu it ətini çox da istəmədiklərini bildiriblər.

 



Әlaqәli Xәbәrlәr