BMT Rusiyanın tələbilə toplandı

... Amma Rusiyanın toplantıda iştirakını gözlədiyi Çexiyanın BMT TŞ-dəki nümayəndəsi iclasa qatılmadı

2082537
BMT Rusiyanın tələbilə toplandı

 

  Rusiyanın tələbi ilə toplanan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynanın dekabrın 30-da Rusiyanın Belqorod şəhərinə hücumu müzakirə edilib.

  BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Xalid Xiari BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək regionda gərginliyin azaldılmasına çağırıb. O deyib: “Rusiyanın iki gün əvvəl etdiyi raket hücumlarında ən az 39, Ukraynanın Belqorod şəhərinə hücumda isə ən az 14 nəfərin həyatını itirib. Bölgədə gərginlik daha da artıb.

  Hər iki ölkənin hücumlarında mülki şəxslərin öldürülməsi qəbuledilməzdir. Həm Ukrayna, həm də Rusiya Federasiyasında şəhər və kəndlərə edilən bütün hücumları qınayırıq. Mülki əhaliyə və infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır və buna son qoyulmalıdır”.

  BMT olaraq bölgədə gərginliyin azaldılması və mülki əhalinin qorunması üçün səy göstəririk”.

  Yığıncaqda çıxış edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Belqoroda hücumu pisləyib və Ukrayna prezidenti Volodimir Zelenskinin bu hücumlara görə cavab verəcəyini bildirib. O, adlarını çəkmədən Ukraynanı dəstəkləyən Qərb ölkələrini tənqid edib və onların rəsmi Kiyevə verdikləri dəstək sayəsində Rusiya şəhərlərinə hücum olunduğunu söyləyib.

  Belqorod icra hakimi Vyaçeslav Qladkov dekabrın 30-da “Telegram” kanalında verdiyi açıqlamada Ukrayna ordusunun Belqorod şəhərinə hücuma keçdiyini və 61 binanın zərər gördüyünü bildirib.

  Rusiya Müdafiə Nazirliyi hücumun 2 ədəd çoxluqlu "Olha" raketi və Çexiya istehsalı olan "Vampir" raketi ilə törədildiyi, 2-si uşaq olmaqla 14 adamın həlak olduğu, 108 nəfərin yaralandığını açıqlayıb.

  Qeyd edək ki, Rusiyanın toplantıda iştirakını gözlədiyi Çexiyanın BMT TŞ-dəki nümayəndəsi iclasa qatılmayıb.



Әlaqәli Xәbәrlәr