Şimali Koreyanın buraxdığı raket Yaponiyanın zonasına düşdü

Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahının məlumatına istinadla xəbər verir ki ...

2077728
Şimali Koreyanın buraxdığı raket Yaponiyanın zonasına düşdü

 

  Koreya Xalq Demokratik Respublikasının (KXDR) dekabrın 18-də buraxdığı qitələrarası ballistik raket min kilometr uçandan sonra Yaponiyanın dənizdəki məxsusi iqtisadi zonasının kənarına düşüb.

  Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahının məlumatına istinadla xəbər verir ki, raket yerli vaxtla səhər saat 8:24-də Pxenyan yaxınlığından buraxılıb. Bu, KXDR-in il ərzində 5-ci qitələrarası ballistik raket buraxılışıdır. Şimali Koreya fevral və martda “Hwasong-15” və “Hwasong-17”, aprel və iyulda isə bərk yanacaqla işləyən “Hawsong-18” raketlərinin sınağını həyata keçirib. KXDR ilk dəfədir ki, il ərzində 5 qitələrarası ballistik raket buraxmış olur.

  Cənubi Koreya və Yaponiya Şimali Koreyanın raket buraxılışı ilə bağlı Milli Təhlükəsizlik Şurasını çağıracaqlarını açıqlayıblar.

  Cənubi Koreya Pxenyanın raket buraxılışının BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozduğunu düşünür. KXDR dekabrın 17-də axşam saatlarında qısamənzilli raket də buraxıb. Həmin raket 570 kilometr uçduqdan sonra Yapon dənizinə düşüb.

  KXDR-in ard-arda raket buraxılışları Cənubi Koreya və ABŞ-nin nüvə məsləhət qrupunun ikinci iclasından bir neçə gün sonraya təsadüf edir. Həmin iclasda tərəflər gələn ilin ortalarına qədər ümumi nüvə strategiyasının planlaşdırılması və həyata keçirilməsi üçün təlimatların hazırlanmasını başa çatdırmaq barədə razılığa gəliblər. Bundan başqa, tərəflər Şimali Koreyanın nüvə silahı buraxılışlarına qarşı birgə hərbi təlimlər keçirməyi də qərara alıblar. Dekabrın 17-də səhər saatlarında ABŞ-ın “USS Missouri” atom sualtı qayığı Cənubi Koreyanın Busan şəhərindəki hərbi dəniz bazasına çatıb. Təxminən 3 həftə əvvəl isə ABŞ-ın “USS Santa Fe” atom sualtı qayığı Cənubi Koreyanın Cecu adasındakı hərbi dəniz bazasına gəlib.

  KXDR-in sonuncu raket sınaqları Pxenyanın iki Koreya arasında gərginliyi azaltmaq və insidentlərin qarşısını almaq məqsədilə 2018-ci ildə imzalanmış razılaşmadan imtina etməsindən sonra gərginliyin artması fonunda baş verir. Cənubi Koreyanın KXDR-in noyabrın 21-də hərbi kəşfiyyat peykini orbitə çıxarmasına etiraz olaraq razılaşmanı qismən dondurmasından sonra Pxenyan ondan tam imtina edib.



Әlaqәli Xәbәrlәr