5 Afrika ölkəsi qarayara epidemiyası riski ilə üz-üzə

ÜST-nin Afrika Regional direktoru Matşidiso Moeti bildirib ki ...

2076196
5 Afrika ölkəsi qarayara epidemiyası riski ilə üz-üzə

 

  Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 5 Afrika ölkəsinin qarayara epidemiyası riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

  5 Şərqi və Cənubi Afrika ölkəsindəki qarayara epidemiyası ilə bağlı ÜST-nin saytında açıqlama verilib.

  Keniya, Malavi, Uqanda, Zambiya və Zimbabvedə epidemiya üzündən 20 adam ölüb, 1166 şübhəli hadisə bildirilib və 37 nəfərin test hesabatı təsdiqlənib.

  2011-ci ildən bəri ən pis qarayara epidemiyası Zambiyada yaşanıb. Uqandada 14 nəfər qarayaradan ölüb. Malavidə isə qarayara hadisəsi bu il ilk dəfə görünüb.

  Zambiyanın 10 rayonundan 9-da insanlarda qarayara xəstəliyi qeydə alınıb. 37 nəfər çirklənmiş begemot əti yeyərək xəstəliyə yoluxduğundan bu ölkədə epidemiyanın yayılma riskinin qonşu ölkələrə nisbətən yüksək olduğu bildirilib.

  ÜST-nin Afrika Regional direktoru Matşidiso Moeti epidemiyalara son qoymaq üçün ilk növbədə heyvanlardakı xəstəliklərdən yaranan risklərin aradan qaldırılmalı olduğunu deyib: “İnsan və heyvan sağlamlığının qorunmasına ümumi yanaşma üçün təşkilatlarla əməkdaşlıq gücləndirilməlidir. Biz epidemiyaya qarşı milli səyləri dəstəkləyirik."

  Anqola, Botsvana, Konqo Demokratik Respublikası, Tanzaniya, Mozambik və Namibiya kimi ölkələrdə isə çay kənarında düzgün basdırılmayan ölü heyvan qalıqlarının xəstəliyin yayılmasına səbəb ola biləcəyi qeyd edilib.

  Qida, içki və ya xəstə heyvanlarla təmas yolu ilə keçən qarayara xəstəliyinin əlamətləri çoxdur.

 



Әlaqәli Xәbәrlәr