Olaf Şolts əsir mübadiləsini "sevindirici hal" adlandırdı

Almaniya kansleri Olaf Şolts İsrail və ''Həmas'' arasında əsir mübadiləsinə dair əldə olunan razılaşması çərçivəsində birinci qrupun azad edilməsini "sevindirici hal" adlandırıb.

2068635
Olaf Şolts əsir mübadiləsini "sevindirici hal" adlandırdı

Almaniya kansleri Olaf Şolts İsrail və ''Həmas'' arasında əsir mübadiləsinə dair əldə olunan razılaşması çərçivəsində birinci qrupun azad edilməsini "sevindirici hal" adlandırıb.
Bu barədə Almaniya kansleri Olaf Şolts rəsmi ''X'' internet səhifəsində paylaşım edib.
Bu nəticənin diplomatik səylər sayəsində əldə olunduğunu bildirən Olaf Şolts deyib: "Səy göstərən hər kəsə təşəkkür edirik. Bu gün yalnız başlanğıc ola bilər".
Almaniya kansleri həmçinin ''Həmas''dan bütün girovları qeyd-şərtsiz azad etməyi tələb edib.
Almaniya xarici işlər naziri Annalena Berbok  rəsmi ''X'' internet səhifəsində etdiyi paylaşımda azad edilən girovlar arasında 4 Almaniya vətəndaşının olmasından məmnunluğunu ifadə edib.
"Hər kəsin əldə edilmiş razılaşmalara əməl etməsi və yaxın günlərdə daha çox girovun azad edilməsi indi böyük əhəmiyyət kəsb edir. Həmçinin onların müalicə olunmaları üçün Qızıl Xaç Komitəsi əməkdaşlarının giqovlara yardım etməsinə icazə verilməsi çox vacibdir", - Annalena Berbok vurğulayıb.
Qəzzadakı insanların vəziyyətini gördüklərini ifadə edən Annalena Berbok deyib: "Qəzzaya dərman və ərzaq çatdırılması üçün verilən fasilə artıq mümkün qədər uzun davam etməlidir. Bölgəyə göndərdiyimiz yardım materialları  Rəfah sərhəd-keçid məntəqəsinin qarşısında gözləyir".

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 70 İsrail əsgəri də həlak olub. 

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 6150-dən çoxu uşaq və 4000-dən çoxu qadın olmaqla 14854 adam həlak olub.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 229 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzzada on minlərlə yaralı və mülki vətəndaşın sığındığı onlarla xəstəxananın şəhərciklərinə və  əsas binalarına zərbələr endirib. İşğal zamanı bəzi xəstəxanalara basqın edib. Hücumlarda yüzlərlə insan ölüb, yaralanıb.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında sərhəddə baş verən qarşıdurmalarda 85 Hizbullah üzvü ölüb. 



Әlaqәli Xәbәrlәr