“Qərb özü ilə müsəlmanlar arasına sökülməsi mümkün olmayan divar hördü”

“Quds Press” xəbər saytının məlumatına görə, mətbuata açıqlama verən Həniyyə deyib ...

2055086
“Qərb özü ilə müsəlmanlar arasına sökülməsi mümkün olmayan divar hördü”

 

  “Həmas” Hərəkatı siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə deyib ki, “Qərb özü ilə müsəlman xalqları arasında sökülməsi mümkün olmayan divar hördü”.

  “Quds Press” xəbər saytının məlumatına görə, mətbuata açıqlama verən Həniyyə deyib: “Kütləvi qətliamları dəstəkləyən Qərb dünyası insanlıq adını itirdi. Qərb özü ilə müsəlman xalqı arasında sökülməsi mümkün olmayan divar hördü.

  Ərəb ölkələri və İslam dünyasının başçılarından soruşuram: “Allah adına qəzəblənmək üçün daha nə qədər qırğına və qana ehtiyacınız var?

  Qəzzada hər bir uşaq, qadın və qoca qanının tökülməsinə qarşı tarixi mövqe tutmalısınız.

  Şəhidlərin qiyməti İordan çayının qərb sahili üçün uzaq deyil”.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb. Artan gərginlikdə hər iki tərəfdən minlərlə ölü və on minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr