İsrail Vatikandan bunu xahiş etdi

İsrailin xarici işlər naziri Eli Koen vatikanlı həmkarı Paul Gallaqherdən Həmas Hərəkatını birmənalı şəkildə pisləməsini xahiş edib.

2051133
İsrail Vatikandan bunu xahiş etdi

İsrailin xarici işlər naziri Eli Koen vatikanlı həmkarı Paul Gallaqherdən Həmas Hərəkatını birmənalı şəkildə pisləməsini xahiş edib.
İsrail Xarici İşlər Nazirliyindən verilən bəyanatda deyilir:"Vatikanın İsrailin yaşadığı problemlərlə daha çox maraqlanacağı gözlənilir. Görüş zamanı xarici işlər naziri Eli Koen Paul Gallaqherə İsrailin HƏMAS hücumlarına qarşı özünü müdafiə etmək hüququ olduğunu bildirib".
Bəyanatda Eli Koenin "Vatikan İsrail vətəndaşlarına qarşı törədilən qanlı terroru açıq və birmənalı şəkildə pisləməlidir" dediyi vurğulanıb.
Görüşdə əsassız müqayisələrə yer olmadığını, HƏMAS-ın DEAŞ-dan da betər olduğunu və günahsız vətəndaşlara zərər verən bir terror təşkilatı olduğunu irəli sürən Koen deyib: “İsrail demokratik dövlətdir, vətəndaşlarını bundan qorumağa çalışır”.

Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisk oktyabrın 15-də verdiyi açıqlamada bu ifadələrə yer verib: "Humanitar qanunlara hörmət edilməlidir, xüsusən də Qəzzada humanitar dəhlizləri təmin etmək və bütün əhaliyə təcili yardım göstərmək vacib və zəruridir''.



Әlaqәli Xәbәrlәr