Rusiya Cənubi Kıbrıs Rum Administrasiyasına nota verib

Rusiya Cənubi Kıbrıs Rum (Yunan) Administrasiyasına (GCASC) rusiyalı jurnalistin saxlanılması və rus diplomatın yaralanması ilə bağlı nota göndərib.

2047567

Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Kıbrıs Rum Administrasiyasının Rusiyadakı səfiri Kipros Yorqalisin nazirliyə çağırıldığı bildirilib.

Açıqlamaya görə, Rusiyanın notası “Rossiyskaya qazeta”nın müxbiri Aleksandr Qasyukun Cənubi Kıbrıs Rum Administrasiyasında saxlanılması və Rum Səfirliyi üçün işləyən diplomatın təhlükəsizlik qüvvələri tərəfindən yaralanması səbəbindən Yorqalisə çatdırılıb.

Yorqalisə bildirilib ki, rusiyalı jurnalistin dərhal azadlığa buraxılması və hadisə ilə bağlı rəsmi üzr istənilməsi gözlənilir.

“Bu təxribatın təşkilində Qərb kəşfiyyat orqanlarının əli olduğunu düşünmək üçün əsaslar var”, - bəyanatda deyilir.

Әlaqәli Xәbәrlәr