Nigeriyada Lassa qızdırmasından ölәnlәrin sayı açıqlandı

Bu il Nigeriyada Lassa qızdırmasından həyatını itirənlərin sayı 181 nəfərə çatıb.

2045829
Nigeriyada Lassa qızdırmasından ölәnlәrin sayı açıqlandı

Bu il Nigeriyada Lassa qızdırmasından həyatını itirənlərin sayı 181 nəfərə çatıb.

Bu barәdә ölkәnin Xәstәliklәrә Nәzarәt Mәrkәzi mәlumat yayıb. Mәlumatda yanvar-sentyabr ayları arasında Lassa qızdırmasının paytaxt Abuca ilә yanaşı ölkәnin 28  әyalәtindә qeydә alındığı bildirilib.Mәlumatda hәmçinin sözügedәn dövrdә 1068 Lassa qızdırmasına yoluxma faktının qeydә alındığı, onlardan 181 nәfәrin hәyatını itirdiyi vurğulanıb.

Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib.

Lassa qızdırması Nigeriyada ilk dәfә 1969-cu ildә ölkәnin Borno әyalәtindә qeydә alınmışdı.

Qeyd edәk ki, Lassa qızdırması heyvandan insana keçir, xəstəlik ölümcül ola bilər.



Әlaqәli Xәbәrlәr