Boko Harama ağır zərbələr endirilib

Nigeriya ordusu ölkənin şimal-şərqində terror təşkilatı Boko Harama qarşı həyata keçirdiyi hava əməliyyatı nəticəsində onlarla terrorçunu zərərsizləşdirib.

2045609
Boko Harama ağır zərbələr endirilib

Nigeriya ordusu ölkənin şimal-şərqində terror təşkilatı Boko Harama qarşı həyata keçirdiyi hava əməliyyatı nəticəsində onlarla terrorçunu zərərsizləşdirib.

Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) sözçüsü Edvard Qabkvet verdiyi açıqlamada ordunun ölkənin şimal-şərqindəki Borno əyalətində Boko Harama qarşı hava əməliyyatı həyata keçirdiyini bildirib.

Qabkvet əməliyyat zamanı Boko Haram üzvlərinin yerləşdiyi düşərgələrin məhv edildiyini və onlarla terrorçunun zərərsizləşdirildiyini bildirib.

2000-ci illərin əvvəlindən etibarən Nigeriyada mövcudluğunu davam etdirən Boko Haramın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi zorakılıq aktları nəticəsində minlərlə adam  həyatını itirib.

Təşkilat 2015-ci ildən bəri  Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir.



Әlaqәli Xәbәrlәr