Hollandiyada silahlı insident, ölənlər var

Bu barədə Rotterdam polisi məlumat yayıb.

2043889
Hollandiyada silahlı insident, ölənlər var

Hollandiyanın Rotterdam şəhərində baş verən silahlı hücum nəticəsində  3 nəfər həyatını itirib.

Bu barədə Rotterdam polisi məlumat yayıb.

Məlumatda 32 yaşlı cinayətkarın törətdiyi ilk hücumda bir qadının həyatını itirdiyi, ağır yaralanan 14 yaşlı qızının da xəstəxanada öldüyü bildirilib.

Məlumatda kinci hücumun Erasmus Universiteti Xəstəxanasında həyata keçirildiyi, hücumda 43 yaşlı bir şəxsin həlak olduğu qeyd olunub.

Rotterdam Polis İdarəsinin rəisi Fred Vesterbeke şübhəlinin saxlanıldığını və üzərində gülləkeçirməz jilet olduğunu bildirib.

Hücumların bir şəxs tərəfindən həyata keçirildiyini bildirən polis faktla bağlı araşdırmanın aparıldığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr