Kanada meşә yanğınları ilә mübarizә aparmağa davam edir

Kanadada davam edən 1052 meşə yanğınından 791-i hələ də nəzarət altına alına bilməyib.

2034988
Kanada meşә yanğınları ilә mübarizә aparmağa davam edir

Kanadada davam edən 1052 meşə yanğınından 791-i hələ də nəzarət altına alına bilməyib.

Kanada hökumətinin yaydığı bəyanata  görə, yanğınlar səbəbindən 232 min insan təxliyə edilib.

Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamada ölkə ərazisində davam edən 1052 meşə yanğınından 791-ni nəzarət altına almaq mümkün olmadığı bildirilib.

Nazirlik rəsmisi Maykl Martin deyib: "Son məlumatlar Kanadanın mərkəzində, şərqi Albertadan Ontarionun mərkəzinə qədər meşə yanğınlarının artığını göstərir" .

Nazirlikdən bildirilib ki, bu il ölkə üzrə 6 min 174 yanğın hadisəsi baş verib.



Әlaqәli Xәbәrlәr