Co Bayden Havay adalarına səfər edib

Meşə yanğınlarının baş verdiyi Havay adalarına səfər edən Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden Maui adasına yardım ediləcəyi ilə əlaqədar söz verdi.

2027552
Co Bayden Havay adalarına səfər edib

Meşə yanğınlarının baş verdiyi Havay adalarına səfər edən Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden Maui adasına yardım ediləcəyi ilə əlaqədar söz verdi.
Havayda çıxış edən Co Bayden ABŞ xalqının Havay xalqı ilə birlikdə "yas tutduğunu" söylədi və federal hökumətin Maui adasına yardım etməyə davam edəcəyini söyləyib.
Adada yanğının başlamasından 13 gün sonra bölgəyə səfər edən Co Bayden Maui qubernatorunun yardımla bağlı tələbini imzaladığını və zərərçəkənlərin bütün ehtiyaclarının ödəniləcəyini qeyd edib.
ABŞ prezidenti həyat yoldaşı Cil Baydenlə birlikdə yanğından zərər çəkmiş əraziyə havadan baxış keçirib.
Havay qubernatoru Coş Qrin bölgədə axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyini və həyatını itirənlərin dəqiq sayının 10 gün ərzində açıqlanacağını ifadə etmişdi.
Maui Bələdiyyə Başçısı Riçard Bissen sosial media hesabında yanğınlar səbəbindən 850 nəfərdən xəbər ala bilmədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr