Kanada meşә yanğınları ilә mübarizә aparır

Kanadanın Şimal-Qərb ərazisi və Britaniya Kolumbiyası əyalətində meşə yanğınlarının söndürülməsi və evakuasiya ilə bağlı işlərin sürətlə davam etdirildiyi bildirilib.

2026679

Britaniya Kolumbiyası əyalətinin Baş naziri David Eby meşə yanğınlarının sutka ərzində sürətlə yayıldığını və vəziyyətin daha da pisləşdiyini bildirib.

Təxminən 15 min insanın təxliyə edildiyini bildirən Eby deyib:"Bu vəziyyətə görə bu gecə fövqəladə vəziyyət elan edirik".

CBC News-un yaydığı xəbərdə təxminən 150 min əhalisi olan Kelovna əyalətində baş verən yanğınlar nəticəsində xeyli sayda bina zərər görüb.

Bildirilib ki, Kelovna hava limanında uçuşlar şəhərdəki meşə yanğınları ilə mübarizə çərçivəsində dayandırılıb.

Britaniya Kolumbiyası əyalətinin Fövqəladə Hallar İdarəsinin rəhbəri  Bovin Ma  20 min adamın təxliyə edilməsi ilə əlaqədar xəbərdarlığın edildiyini bildirib.

Avqustun 16-da verilən məlumata görə, bu il Kanadada qeydə alınan 1067 meşə yanğını nəticəsində 21 min kvadrat kilometrə yaxın ərazi yanıb.

Әlaqәli Xәbәrlәr