ABŞ koalisiyası Suriya hava məkanında qaydaları 20 dəfə pozub

Bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verərək deyib ...

2025362
ABŞ koalisiyası Suriya hava məkanında qaydaları 20 dəfə pozub

 

  Amerikayönlü antiterror koalisiyanın qırıcıları və pilotsuz uçuş aparatları 16 avqustda gün boyu Suriyanın hava məkanda qaydaları 20 dəfə pozub. Bu barədə Suriyada döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Vadim Kulit məlumat verərək deyib: “Beynəlxalq hava yollarının keçdiyi Əl-Tənf bölgəsində üç cüt “F-35” qırıcısı, üç cüt “F-16” qırıcısı, iki cüt “Rafal” qırıcısı, bir cüt “Tayfun” qırıcısı və iki çoxməqsədli koalisiya “MQ-1C” pilotsuz təyyarəsi tərəfindən gündə 20 qayda pozuntusu qeydə alınıb. ABŞ-nin rəhbərlik etdiyi antiterror koalisiyasının aviasiyası protokol qaydalarını pozaraq və Suriyanın hava məkanında uçuşlar həyata keçirməklə, ölkə səmasında təhlükəli vəziyyətlər yaratmağa davam edir”.

 



Әlaqәli Xәbәrlәr