Havay adasında meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 99 nəfərə çatıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Havay statındakı Maui adasında davam edən meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 99 nəfərə çatıb.

2024826

CBS News-a müsahibə verən Havay qubernatoru Coş Qrin Böyük Ada və Maui adalarında davam edən meşə yanğınları ilə bağlı bəyanatlar verib.

Yanğınlar nəticəsində həyatını itirənlərin sayının 99-a yüksəldiyini deyən Coş Qrin ölənlərin sayının arta biləcəyini istisna etməyib.

Coş Qrin bölgədə axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyini və həyatını itirənlərin dəqiq sayının 10 gün ərzində açıqlanacağını ifadə edib.

Yanğınlar səbəbindən yeri müəyyən edilə bilməyən 1300 adamın axtarışının davam etdiyini qeyd edən Çoş Qrin yanğınlardan zərər çəkmiş ərazilərin 25 faizində axtarış-xilasetmə əməliyyatlarının sona çatdırıldığını bildirib.

12 min insanın yaşadığı Lahaina şəhərinin demək olar ki, tamamilə məhv olduğunu bildirən Coş Qrin evləri yanan insanlar üçün 2 minə yaxın yaşayış məntəqəsinin hazırlandığını qeyd edib.

Maui adasının yerli rəsmiləri yanğınların təxminən 85 faizinin nəzarət altına alındığını və yanğınların necə başladığın hələ məlum olmadığını açıqlayıb.

Әlaqәli Xәbәrlәr