Havay adasında meşə yanğınları nəticəsində 36 nəfər ölüb

Amerika Birləşmiş Ştatlarının Havay ştatının Maui adasındakı meşə yanğınları nəticəsində 36 nəfər ölüb.

2022869
Havay adasında meşə yanğınları nəticəsində 36 nəfər ölüb

Amerika Birləşmiş Ştatlarının Havay ştatının Maui adasındakı meşə yanğınları nəticəsində 36 nəfər ölüb.
Bu barədə səlahiyyətlilərin yerli media orqanlarına verdiyi açıqlamada bildirilib. Yanğın nəticəsində zərər çəkənlərin xəstəxanalara yerləşdirildiyi qeyd olunub.
Səlahiyyətlilər axtarış-xilasetmə əməliyyatların davam etdiyini və sahil mühafizə dəstələrinin 14 nəfəri xilas etdiyini qeyd edib.
Maui dairəsinin meri Riçard Bissen təşkil etdiyi mətbuat konfransında bir çox evin və iş yerlərinin yanğınlar nəticəsində tamamilə yandığını və limandakı qayıqların zərər gördüyünü söyləyib. Bissen qeyd edib ki, Mauiyə dəymiş ziyanı müəyyənləşdirmək çətindir.
Ştatın ABŞ senatorlarından biri olan Brian Sçatz da rəsmi internet səhifəsində etdiyi paylaşımda  yanğınların səbəb olduğu dağıntıların əksəriyyətinin tarixi Laxayn şəhərində yaşandığını və şəhərin demək olar ki, tamamilə məhv olduğunu söyləyib.
Havay Nəqliyyat Departamenti 11 mindən çox insanın Mauidən təyyarə ilə təxliyə edildiyini bildirib.
ABŞ prezidenti Co Bayden yardımla əlaqədar göstəriş verib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus rəsmi X səhifəsində (keçmiş Twitter) etdiyi paylaşımda ekstremal hava hadisələrinin ağlasığmaz olaylara və dağıntılara səbəb olduğunu vurğuladı.
''Havay xalqının acılarını bölüşürəm. İqlim böhranını həll etmək üçün təcili tədbirlər görmək lazımdır'',-deyə Tedros Adhanom Qebreyesus qeyd edib.



Әlaqәli Xәbәrlәr