Polşa Belarusla sərhəddə qoşunlarının sayını artırmaq qərarına gəlib

Polşa Belarus sərhədində qoşunlarının sayını artıracaq və bölgəyə əlavə qüvvələr, o cümlədən döyüş helikopterləri yerləşdirəcək.

2018949
Polşa Belarusla sərhəddə qoşunlarının sayını artırmaq qərarına gəlib

Polşa Belarus sərhədində qoşunlarının sayını artıracaq və bölgəyə əlavə qüvvələr, o cümlədən döyüş helikopterləri yerləşdirəcək.
Polşa Müdafiə Nazirliyindən verilən yazılı bəyanatda yüksək rütbəli hərbçilərin sərhəd qonşusu Belarusla bağlı görüşdüyü qeyd edilib.

Bəyanatda avqustun 1-də sərhədə yaxın iki Belarus helikopterinin Polşanın hava məkanını pozduğu vurğulanaraq, "Belarus tərəfi daha əvvəl Polşa tərəfini təlimlə bağlı məlumatlandırmışdı. Sərhəd keçidi Bialovieza bölgəsində, radar sistemləri tərəfindən müəyyən edilməsini çətinləşdirən çox alçaq bir hündürlükdə həyata keçirildi" deyilib.

Bəyanatda hadisə ilə bağlı NATO-nun məlumatlandırıldığı bildirilib.

“Müdafiə naziri Mariuş Blaşçak sərhəddə qoşunların sayının artırılması və bölgəyə əlavə qüvvələrin, o cümlədən döyüş helikopterlərinin göndərilməsi barədə göstəriş verib”, -bəyanatda qeyd olunub.
Bundan əlavə, Belarusun müvəqqəti işlər vəkilinin baş vermiş insidenti izah etmək üçün Polşa Xarici İşlər Nazirliyinə çağırılması qərara alınıb.



Әlaqәli Xәbәrlәr