ABŞ: “İsrail irqçi dövlət deyil”

“İsrailin irqçi dövlət olmadığını” ifadə edən və bu ölkəni dəstəkləyən qətnamə layihəsi Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında qəbul edildi

2013260
ABŞ: “İsrail irqçi dövlət deyil”

 

  “İsrailin irqçi dövlət olmadığını” ifadə edən və bu ölkəni dəstəkləyən qətnamə layihəsi Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında qəbul edildi.

  Nümayəndələr Palatasının deputatları respublikaçı deputat Avqust Pflüqerin (Avqust Pfluger) təqdim etdiyi, “İsrailin irqçi dövlət olmadığına” və “antisemitizmin bütün formalarını rədd etdiyinə” dair qətnaməsinə səs veriblər.

  9 əleyhinə 412 lehinə səslə qəbul edilən qanun layihəsində vurğulanıb ki, “ABŞ İsrailin sadiq tərəfdaşı və dəstəkçisidir”.

  Demokrat millət vəkilləri İlhan Ömər, Kori Buş, Aleksandria Okasio-Kortez, Camaal Bouman, Rəşidə Tlaib, Delia Ramires, Sammer Li, Ayanna Presli və Andre Karson qanun layihəsinin əleyhinə səs veriblər.

  Həftəsonu qatıldığı konfransda İsrailin "irqçi dövlət olduğunu" deyən demokrat deputat Pramila Cayapalın qanun layihəsinə "lehinə" səs verməsi maraqlı gəlir.

  Respublikaçılar və bir sıra Demokratların reaksiyasına P.Cayapal mövzu ilə bağlı açıqlama verib: "İsraildə millətin irqçi olduğu fikrinə inanmıram. Lakin İsrailin baş naziri Benyamin Netanyahunun ifrat sağçı hökumətinin ayrı-seçkilik və açıq-aşkar irqçi siyasət həyata keçirdiyinə və bunun ifrat olduğuna inanıram. Bu hökumətin rəhbərliyi altında bu siyasəti aparan irqçilərdir... Mən həm də diasporadakı israilliləri və yəhudiləri incitmək istəmirəm, əgər hansısa sözlərimlə onları incitmişəmsə, üzr istəyirəm”.

  ABŞ prezidenti Co Bayden iyulun 19-da Ağ Evdə İsrail prezidenti İsaak Hersoqu qəbul edib. O, sabah ABŞ Konqresinin birgə iclasında qanunvericilər qarşısında çıxış edəcək. Demokrat deputatlar Aleksandria Okasio-Kortez, İlhan Ömər, Camaal Bouman və Cori Buş İ.Hersoqun çıxışını boykot edəcəklərini deyiblər.



Әlaqәli Xәbәrlәr