Təhlükəli yük daşıyan qatarın 16 vaqonu relsdən çıxıb

Hadisənin Filadelfiyanın (Philadelphia) Plimut Mitinq  (Plymouth Meeting) bölgəsində baş verdiyi bildirilib

2012928
Təhlükəli yük daşıyan qatarın 16 vaqonu relsdən çıxıb

 

  ABŞ-ın Pensilvaniya ştatında təhlükəli yük daşıyan qatarın 16 vaqonu relsdən çıxıb.

  CNN-in xəbərinə görə, qatarın sahibi olan CSX dəmir yolu şirkəti tərəfindən verilən yazılı açıqlamada hadisənin Filadelfiyanın (Philadelphia) Plimut Mitinq  (Plymouth Meeting) bölgəsində baş verdiyi bildirilib. Qatarın 40 vaqonundan 16-sı relsdən çıxıb.

  İlkin istintaq məlumatlarında relsdən çıxan vaqonlardan birinin təhlükəli maddə daşıdığı qeyd edilib. Hələlik bu maddənin sızması və ya dağılması ilə bağlı hər hansı məlumat yoxdur.

  Qatar heyətində xəsarət alan olmayıb. Araşdırma aparılır.

  Polis hadisədən sonra təhlükəli maddələrin sızmasına qarşı tədbir olaraq ətrafdakı evlərin boşaldıldığını bildirib.

  Xatırladaq ki, 2023-cü ilin 3 fevralında Oyayo (Ohio) ştatının Şərqi Fələstin (East Palestine) qəsəbəsi yaxınlığında “Norfolk Southern” şirkətinə aid kimyəvi maddələr daşıyan 150 vaqondan ibarət qatarın 50 vaqonu dəmir yolunda relsdən çıxmış və partlamışdı. Qəzadan sonra kimyəvi maddə ətrafa yayılaraq ekoloji fəlakətə səbəb olmuş və sakinlərin təxliyyəsinə qərar verilmişdi. Qəzadan 3 gün sonra evlərinə qayıdan insanlar baş ağrısı, gözlərdə yanma, öskürək, halsızlıq və ətrafda heyvanların tələf olmasından şikayət etmişdilər.



Әlaqәli Xәbәrlәr