Fransada vəziyyət getdikcə daha da gərginləşir

Avropa sammitində iştirak etmək üçün Brüsseldə olan dövlət başçısı həmkarları ilə müzakirələr bitməsə də, səfərini yarımçıq qoymalı olacaq

2005464
Fransada vəziyyət getdikcə daha da gərginləşir

 

  Fransada Nahelin ölümü ilə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Ölkənin müxtəlif şəhərlərində iyunun 29-dan 30-na keçən gecə yenidən gərginlik yaşanıb və polislə toqquşma olub.

  Parisin Seine-Saint-Denis, Hauts-de-Seine və Val-de-Marne kimi şəhərətrafı ərazilərində 422 nəfər saxlanılıb. Şəhərlərə ziyan vurulub, avtomobillər yandırılıb. Nantda (Nanterre) supermarketə, Poda polis komissarlığına hücum edilib, bir çox şəhərlərdə polislə qarşıdurma baş verib. Qarşıdurmaların episentri Nantda həmçinin bank filialı yandırılıb, ictimai binalar, məktəblər və vergi mərkəzləri yararsız hala salınıb.

  Zorakılıq riski ilə üzləşən Paris bölgəsində bir neçə bələdiyyə iyulun 3-dək qüvvədə olacaq komendant saatı tətbiq edib.

  Naheli öldürən polis ilə bağlı həbs qətimkan tədbiri seçilib. Vəkili ittiham aktından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

  İyunun 30-da yeni böhran iclası çağırılıb. Ölkə prezidenti Emmanuel Makron Parisdə yerli vaxtla saat 13:00-da yeni nazirliklərarası böhran bölməsinə sədrlik edəcək. Avropa sammitində iştirak etmək üçün Brüsseldə olan dövlət başçısı həmkarları ilə müzakirələr bitməsə də, səfərini yarımçıq qoymalı olacaq.



Әlaqәli Xәbәrlәr