Fransa, Almaniya və Polşa dövlət başçıları Parisdə

Ukraynadakı son vəziyyəti müzakirə edən üç ölkə başçısı görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış açıqlama veriblər

1998815
Fransa, Almaniya və Polşa dövlət başçıları Parisdə

 

  Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Polşa prezidenti Anjey Duda Parisdə görüşüb.

  Ukraynadakı son vəziyyəti müzakirə edən üç ölkə başçısı görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış açıqlama veriblər.

  Ukraynanın özünü nümunəvi cəsarətlə müdafiə etdiyinə diqqət çəkən E.Makron bu ölkəyə fasiləsiz dəstəyin davam etdirilməsinin vacibliyini bildirib və Ukraynanın qələbəsinin bütün qitədə sülhə töhfə verəcəyinə əminliyini ifadə edib.

  “Ukraynanın Avropa İttifaqı və NATO-ya üzv olacağına şübhə yoxdur" deyən A.Duda da “qələbənin Rusiya qüvvələrinin beynəlxalq hüquqa əsasən Ukraynaya aid olan bütün torpaqlardan çıxarıldığı zaman olacağ”ını söyləyib.

  Fransa, Polşa və Almaniya arasında əməkdaşlığın Avropa üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Olaf Şolz isə üç ölkənin mövqeyinin aydın olduğunu, qətiyyətlə Ukraynaya dəstək verdiklərini və lazım gələn qədər bu ölkənin yanında olmağa davam edəcəklərini bildirib.



Әlaqәli Xәbәrlәr