Burkina Fasoda terror aktı nəticəsində 33 əsgər həlak olub

Burkina Fasoda hərbi hissəyə hücum nəticəsində 33 əsgər həlak olub.

1980444
Burkina Fasoda terror aktı nəticəsində 33 əsgər həlak olub

Burkina Fasoda hərbi hissəyə hücum nəticəsində 33 əsgər həlak olub.

Ordudan verilən yazılı açıqlamada Qurma əyalətində yerləşən hərbi hissənin şəxsiyyəti məlum olmayan şəxslərin hücumuna məruz qaldığı açıqlanıb.

Açıqlamada qarşıdurmada 40 terrorçunun zərərsizləşdirildiyi, lakin 33 əsgərin həyatını itirdiyi, 12 əsgərin yaralandığı qeyd edilib.

Qeyd edək ki, Burkina Faso 2015-ci ildən bəri qonşu Malidə Əl-Qaidə və DEAŞ-a bağlı terror qruplarının hücumlarının hədəfi olub.


Etiketlәr: #Burkina Faso

Әlaqәli Xәbәrlәr