Ukrayna lideri NATO-nun Vilnüs sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edəcək

1977965
Ukrayna lideri NATO-nun Vilnüs sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitində iştirak edəcək.
Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
Yens Stoltenberq Almaniyanın Ramşteyn Hava Bazasında ABŞ-ın ev sahibliyində keçirilən Ukrayna Müdafiə Qrupu Toplantısından əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Ukraynaya səfər etdiyini xatırladan Yens Stoltenberq Volodimir Zelenski ilə keçirdikləri görüşdə Ukraynanı sona qədər dəstəkləyəcəkləri bildirdiyini ifadə edib.
 Yens Stoltenberq deyib: "Prezident Volodimir Zelenski ilə iyulda Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlığı da müzakirə etdik. Mən onu sammitə dəvət etdim. Dəvətimi qəbul etdiyi və sammitdə iştirak edəcəyi üçün şadam".
NATO-ya üzv ölkələrin 2008-ci ildə keçirilən Buxarest sammitində Ukraynanın gələcəkdə NATO-ya üzv olmasına qərar verdiyini xatırladan Yens Stoltenberq Volodimir Zelenski ilə Ukraynanın NATO-ya üzvlük məsələsini və təhlükəsizliklə bağlı təminatları müzakirə etdiklərini deyib.
Yens Stoltenberq bildirib ki, Ukrayna suveren və müstəqil ölkə kimi mövcudluğunu davam etdirməlidir, bunun üçün də NATO dəstəyini davam etdirməlidir.



Әlaqәli Xәbәrlәr