Tramp onu “ağıllı”, bunu “axmaq” adlandırdı, çünki…

“Fox News” telekanalına müsahibəsində hazırkı prezident Co Bayden administrasiyasının Əfqanıstandan çəkilmə prosesinə münasibət bildirən və hökuməti təqsirləndirən D.Tramp sözügedən mövzu ilə bağlı deyib...

1974532
Tramp onu “ağıllı”, bunu “axmaq” adlandırdı, çünki…

 

  ABŞ-ın sabiq prezidenti Donald Tramp Çin dövlət başçısı Si Cinpini “ağıllı”, ABŞ Baş Qərargah rəisi, general Mark Millini (Milley) isə “axmaq” adlandırıb.

  “Fox News” telekanalına müsahibəsində hazırkı prezident Co Bayden administrasiyasının Əfqanıstandan çəkilmə prosesinə münasibət bildirən və hökuməti təqsirləndirən D.Tramp sözügedən mövzu ilə bağlı deyib: "Mənimlə heç bir əlaqəsi yoxdur. Onsuz mən də çıxacaqdım oradan, amma güclü və ləyaqətli olaraq.

  Əgər o vaxt mən vəzifədə olsaydım, daha sürətli çəkilərdik, yenə avadanlıq və ABŞ vətəndaşlarını geridə qoymazdıq.

  Generallar oradakı bütün avadanlıqları gətirməliydi. Milley kimi bir neçə adamla bu məsələ ilə bağlı mübahisə etdik. Avadanlıqları geridə qoymaq ucuz hərəkətdir.

  Mən o zaman dedim: "Bizim Əfqanıstanda 100 milyon dollarlıq təyyarəmiz var. Yanacağını doldurun və bütün avadanlıqları Pakistana və digər yerlərə götürün. İndi siz mənə 100 milyon dollarlıq təyyarəni orada buraxmağı daha ucuz hesab etdiyinizimi deyirsiz? Bax, belə axmaqlarla iş görürdük. 85 milyard dollarlıq da texnika qoyub gəldilər. ABŞ vətəndaşlarını orada buraxıb birinci ordunu çıxardılar. Halbuki əsgər sonuncu gələr.”

  Çin və dövlət başçısı ilə münasibətlərə də toxunan Donald Tramp deyib: “Si Cinpin olduqca ağıllıdır. Hollivudun hər tərəfini gəzin və Sinin rolunu oynamağa heç kimi tapa bilməzsiniz. Çünki onun bənzəri yoxdur.

  Si ilə münasibətlərimiz yaxşıdır. O, kifayət qədər ciddi adamdır. Onunla əsla oyun və əyləncəyə yer yoxdur”.

 



Әlaqәli Xәbәrlәr