Nigeriyada Boko Haramın 1332 üzvü təslim olub

Nigeriyanın şimal-şərqində iki həftə ərzində 1332 Boko Haram üzvü təslim olub.

1957780
Nigeriyada Boko Haramın 1332 üzvü təslim olub

Nigeriyanın şimal-şərqində iki həftə ərzində 1332 Boko Haram üzvü təslim olub.
Nigeriya Müdafiə Nazirliyinin Media əməliyyatları üzrə direktoru Musa Danmadami bildirib ki, son iki həftədə təhlükəsizlik qüvvələri Borno əyalətində terror təşkilatı Boko Haram-a qarşı əməliyyatlar keçirib.
Danmadami qeyd edib ki, əməliyyatlar zamanı 1332 terrorçu ailələri ilə birlikdə təhlükəsizlik qüvvələrinə təslim olub.
Terrorçular tərəfindən girov götürülən 19 mülki vətəndaşın xilas edildiyini bildirən Danmadami 8 təşkilat üzvünün zərərsizləşdirildiyini, təşkilata maddi-texniki dəstək verən 35 nəfərin isə saxlanıldığını bildirib.
2009-cu ildən bəri mövcudluğunu davam etdirən terror təşkilatı Boko Haramın törətdiyi hücumlar nəticəsində  20 mindən çox insan həlak olub.
Terror təşkilatı 2015-ci ildən etibarən Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirib.
Təşkilatın Çad gölü hövzəsində törətdiyi hücumlarda azı 2000 adam həyatını itirib.
Ölkədə baş verən terror aktları və münaqişələr səbəbindən yüz minlərlə insan köç etmək məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr