Ursula fon der Leyen Yunanıstana başsağlığı verib

Yunanıstanda iki qatarın toqquşması nəticəsində baş verən qəzada ilkin məlumata görə 38 nəfər ölüb, çoxlu sayda yaralı var.

1953222
Ursula fon der Leyen Yunanıstana başsağlığı verib
yunanistan tren.JPG
yunanistan tren.JPG
yunanistan tren.JPG

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Yunanıstanda 38 nəfərin həyatını itirdiyi, 130 nəfərin yaralandığı qatar qəzası ilə bağlı etdiyipaylaşımında yunan xalqına başsağlığı verib.

Avropa Komissiyasının sədri Leyen paylaşımında “Dünən gecə Larissa yaxınlığında insan tələfatına səbəb olan dəhşətli qatar qəzasından sonra ürəyim Yunanıstan xalqı ilə birliktədir. Bütün Avropa sizə yas tutur. Mən də bütün yaralılara şəfa diləyirəm.Yanınızdayıq” deyib.

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ölkədə üç günlük milli matəm elan edib.

Qeyd edək ki, Qeyd edək ki, Yunanıstanda iki qatarın toqquşması nəticəsində baş verən qəzada ilkin məlumata görə 38 nəfər ölüb, çoxlu sayda yaralı var.

Bildirilib ki, xəstəxanada ümumilikdə130 nəfərin müalicəsi davam etdirilir, onlardan 6-nın vəziyyəti ağırdır. Qəza yerində axtarış-xilasetmə işləri davam edir.



Әlaqәli Xәbәrlәr