Olaf Şolts bir sıra ölkənin lideri ilə Ukrayna məsələsini müzakirə edib

Almaniya kansleri Olaf Şolts Amerika Birləşmiş Ştatları Prezidenti  Co Bayden, Fransa prezidenti Emmanuel Makron, İngiltərə baş naziri Rişi Sunak və İtaliyanın baş naziri Giorgia Meloni ilə telefon əlaqəsi saxlayıb.

1937937

Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, liderlər Ukraynadakı təhlükəsizlik vəziyyəti və Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsinə dəstək məsələlərini müzakirə ediblər.
Hebestreit həmçinin vurğulayıb ki, liderlər Avro-Atlantik koordinasiya çərçivəsində Ukraynaya hərbi dəstəyi davam etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Rusiya qoşunları 2022-ci ilin 24 fevral tarixində Ukraynaya hücum edib.

Әlaqәli Xәbәrlәr