Nigeriyada əməliyyat: 40 terrorçu öldürüldü

Nigeriyada hava hücumu nəticəsində ən azı 40 nəfər, o cümlədən “Boko Haram” terror təşkilatının iki yüksək səviyyəli rəhbəri öldürülüb.

1933696
Nigeriyada əməliyyat: 40 terrorçu öldürüldü

TRT xǝbǝr verir ki, bu barǝdǝ Milli mətbuat mǝlumat yayıb. Bildirib ki, Niger əyalətində Boko Harama qarşı hǝyata keçirilǝn hava ǝmǝliyyatında terror tǝşkilatının sözdə iki yüksək səviyyəli rəhbəri də daxil olmaqla ən azı 40 nəfər həlak olub. Axtarışda olan və əməliyyat nǝticǝsindǝ öldürülən qondarma liderlərin adlarının Əbu Ubaida və Mallam Yusuf Abba olduğu açıqlanıb.

Qeyd edək ki, Nigeriyada 2009-cu ildən bəri “Boko Haram” tərəfindən təşkil edilən kütləvi terror aktlarında 20 mindən çox insan ölüb. Hücumlar və qarşıdurmalar səbəbindən yüz minlərlə insan evini tərk edmǝli olub.

Terror təşkilatı 2015-ci ildən bəri ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə ​​də hücumlar həyata keçirir. 

 



Әlaqәli Xәbәrlәr