Fanatik yәhudilәr Şәrqi Qüdsdәki kilsәnin divarına irqçi şüarlar yazıb

Fanatik yəhudilər İşğal altında olan Şərqi Qüdsdəki erməni kilsəsinin divarına  irqçi şüarlar yazıb.

1932482
Fanatik yәhudilәr Şәrqi Qüdsdәki kilsәnin divarına irqçi şüarlar yazıb

Fanatik yəhudilər İşğal altında olan Şərqi Qüdsdəki erməni kilsəsinin divarına  irqçi şüarlar yazıb.

Fələstin Administrasiyasına tabe Kilsələr Ali Heyətindən verilən bəyanatda ötən gecə fanatik yəhudilər tərəfindən Erməni Patriarxlığına irqçi hücum etdiyi bildirilib.

Hücumun pisləndiyi bəyanatda deyilir: “Fanatik yəhudilər İşğal altında olan Şərqi Qüdsdəki erməni kilsəsinin divarına “Ərəblər, ermənilər və xristianlar üçün qisas və ölüm” kimi  irqçi şüarlar yazıb''.

Bəyanatda vurğulanıb ki, İsrailin baş nazir Binyamin Netanyahu və onun ifrat sağçı hökumət tərəfdaşlarından olan milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin rəhbərlik etdiyi yeni hökumətin yürütdüyü “irqçi-müstəmləkəçi” siyasət hücuma görə məsuliyyət daşıyır.



Әlaqәli Xәbәrlәr