DEAŞ-ın quldur başçılarından daha biri öldürüldü
DEAŞ-ın quldur başçılarından Əbu əl-Həsən əl-Haşimi əl-Qureyşinin öldürüldüyü bildirilir
1913221
DEAŞ terror təşkilatının quldur başçılarından Əbu əl-Həsən əl-Haşimi əl-Qüreyşi döyüşlər zamanı öldürülüb.
Bu barədə terrorçuların rəsmi teleqram kanalı məlumat yayıb.
Terrorçu liderin hansı döyüşlərdə öldürüldüyü barədə açıqlama verilməyib.
Bildirilir ki, onun əvəzinə qrupun yeni quldur başçısı olaraq Əbu əl-Hüseyn əl-Qureyşi seçilib.