Burkina Fasoda hərbi konvoya hücum edilib, ölən və yaralananlar var

Burkina Fasoda hərbi konvoyu hədəf alan terror hücumu nəticəsində 13 əsgər ölüb, çox sayda əsgər də  yaralanıb.

1899631
Burkina Fasoda hərbi konvoya hücum edilib, ölən və yaralananlar var

Burkina Fasoda hərbi konvoyu hədəf alan terror hücumu nəticəsində 13 əsgər ölüb, çox sayda əsgər də yaralanıb.
Yerli media orqanlarının yaydığı məlumata görə, silahlı qrup Qurma əyalətinin Natiaboani şəhərində hərbi konvoya hücum edib.
Hücum nəticəsində  azı 13 əsgər həlak olub.
Qeyd edək ki, Burkina Faso ordusu ölkədəki təhlükəsizlik vəziyyətinin pisləşdiyini irəli sürərək sentyabrın 30-da hakimiyyəti ələ keçirmişdi.
Malidəki Əl-Qaidə və DEAŞ-a tabe olan terror qruplaşmaları 2015-ci ildən etibarən Burkina Fasonun şimalında və şərqində vaxtaşırı hücumlar törədir.
Hökumətin məlumatına görə, 2015-ci ildən 2021-ci ilin dekabr ayınadək  törədilən hücumlar nəticəsində 600-ü təhlükəsizlik xidməti əməkdaşı olmaqla 2000 min adam həlak olub.



Әlaqәli Xәbәrlәr