Papa Fransisk: “Bu dünya müharibəsidir”

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk sentyabrın 15-də Qazaxıstana səfəri zamanı bəzi Cizvit keşişləri ilə də görüşüb.

1886172
Papa Fransisk: “Bu dünya müharibəsidir”

TRT xəbər verir ki, Roma Papası Fransisk səfər zamanı verdiyi açıqlamasında Rusiya-Ukrayna müharibəsindən danışıb.

“Müharibə gedir. Məncə, bunu yaxşı və pisin olduğu bir kovboy filmi kimi düşünmək səhvdir. Bunun iki xalq arasında müharibə olduğunu düşünmək də səhvdir. Müharibə var və bu, dünya müharibəsidir”-Roma papası deyib.

Papa onu da qeyd edib ki, Ukraynaya daha əvvəl mümkün olacağını açıqladığı səfər indiki mərhələdə gündəmdə deyil.

 


Etiketlәr: #Katolik , #Papa Fransisk

Әlaqәli Xәbәrlәr