Liz Truss bir sıra ölkәnin lideri ilә görüşәcәk

Bu barədə Böyük Briyaniya Nazirlər Kabinetindən verilən məlumatda bildirilib.

1881060
Liz Truss bir sıra ölkәnin lideri ilә görüşәcәk

Böyük Britaniyanın baş naziri Liz Trussun bu həftə sonu Kraliça II Elizabetin dəfn mərasimində iştirak etmək üçün ölkəyə səfər edəcək bir sıra ölkənin lideri ilə görüş keçirəcəyi bildirilib.

Bu barədə Böyük Briyaniya Nazirlər Kabinetindən verilən məlumatda bildirilib. Məlumatda Baş nazir Liz Trussun sentyabrın 17-də Avstraliya Baş naziri Entoni Albanese v Yeni Zelandiya Baş naziri Jacinda Ardernlə sentyabrın 18-də isə İrlandiya baş naziri Mişel Martin, Kanada Baş naziri Castin Trudo, Polşa baş naziri Mateuş Moravetski və ABŞ Prezidenti Co Bayden ilə görüşəcəyi qeyd edilib.

Xatırladaq ki, Böyük Britaniya Kraliçası II Elizabet  sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun Şotlandiyadakı Balmoral qəsrində dünyasını dәyişdiyi qeyd olunub.

Qeyd edək ki, Kraliçanın dəfn mərasimi sentyabrın 19-da İngiltərənin paytaxtı Londondakı Westminster Abbey kilsəsində keçiriləcək.



Әlaqәli Xәbәrlәr