Kraliçanın ölümü ölkələrin müstəqillik müzakirələrinə səbəb oldu

Xatırladaq ki, İngiltərədən başqa, II Yelizaveta həm də Kanada, Avstraliya, Yeni Zelandiya, Yamayka və Papua Yeni Qvineya da daxil olmaqla, bir sıra irili-xırdalı ölkələrin dövlət başçısı idi

1878970
Kraliçanın ölümü ölkələrin müstəqillik müzakirələrinə səbəb oldu

 

  II Yelizavetanın ölümü Avstraliya və Yeni Zelandiyada respublikaçılarının müzakirələrinə səbəb olub.

  Kraliça II Yelizavetanın ölümü onun rəhbərlik etdiyi Avstraliya və Yeni Zelandiyada respublika müzakirələrini yenidən canlandırıb.

  Yeni Zelandiyanın baş naziri Casinda Ardern (Jacinda Ardern) ölkəsinin əvvəl-axır respublikaya çevriləcəyinə inandığını, lakin hökumətin tezliklə dəyişmə üçün planlar hazırlamadığını söyləyib.

  Avstraliyanın baş naziri Entoni Albaneze (Anthony Albanese) yenidən seçiləcəyi təqdirdə Britaniyanı tərk etmək üçün referendum keçirəcəyini bildirib.

  II Yelizavetanın ölümündən sonra Karib dənizindəki Antiqua Barbuda adasında da monarxiyanı tərk edib respublikaya çevrilmək barədə müzakirələr gündəmə gəlib. Antiqua Barbudanın baş naziri Qaston Braun (Gaston Browne) bu məsələ ilə bağlı 3 il ərzində referendum keçiriləcəyini bəyan edib.

  Xatırladaq ki, İngiltərədən başqa, II Yelizaveta həm də Kanada, Avstraliya, Yeni Zelandiya, Yamayka və Papua Yeni Qvineya da daxil olmaqla, bir sıra irili-xırdalı ölkələrin dövlət başçısı idi.



Әlaqәli Xәbәrlәr