FTB Trampın Floridadakı evinə basqın edib
Federal Təhqiqatlar Bürosu (FTB) keçmiş prezident Donald Trampın evi olan “Mar-a-Laqo” malikanəsində axtarış aparıb.
TRT-nin xarici mediaya istinad etdiyi xəbərinə görə Tramp hadisəni təsdiqləyib və buna reaksiya verib. “Florida ştatındakı gözəl evim “Mar-a-Laqo” hazırda FTB əməkdaşları tərəfindən zəbt edilib və mühasirəyə alınıb. Daha əvvəl heç bir ABŞ prezidentinin başına belə bir şey gəlmədi”, – deyə o bildirib.
Məlumata görə, Tramp əməlliyat zamanı Nyu -Yorkdakı “Trump Tower”də olub.
“Nyu –York Times” məsələ ilə bağlı məlumatlı şəxslərə istinadən bildirib ki, FTB əməkdaşları Trampın malikanəsində keçirilən əməliyyat zamanı onun dövlət başçısı postunu tərk edərkən Ağ Evdən götürdüyü sənədləri axtara bilər.
Bildirilib ki, ABŞ Ədliyyə Departamenti bu ilin əvvəlində Milli Arxivlər və Qeydlər İdarəsi tərəfindən “Mar-a-Laqo”dan götürülmüş 15 qutu sənədlərdə məxfi qeydlərin mövcudluğunu araşdırır.
Qeyd edək ki, federal qanunlar məxfi dövlət sənədlərinin icazə verilən yerlərdən çıxarılmasını qadağan edir.
Әlaqәli Xәbәrlәr
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi
Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...
Şahzadə atasına görə səfərini təxirə saldı
Səudiyyə Ərəbistanı Kral Divanından verilən məlumata görə ...