Yeni prezident vəzifəsinin icrasına başlayıb

Kolumbiyada sol partiyaların “Tarixi Pakt” koalisiyasından ölkə Prezidenti seçilmiş Qustavo Petro dövlət başçısı səlahiyyətlərinin icrasına başlayıb.

1864817
Yeni prezident vəzifəsinin icrasına başlayıb

TRT-nin xarici mətbuata istinad etdiyi xəbərə görə o, Kolumbiyanın sol qüvvələrini təmsil edən ilk Prezidentdir.

 “Allaha and içir, xalqa Kolumbiya Konstitusiyasının və qanunlarının müddəalarına sədaqətlə əməl edəcəyimizə söz verirəm. Mən iki cəmiyyət istəmədiyim kimi, iki ölkə də istəmirəm. Güclü, ədalətli və vahid Kolumbiya istəyirəm. Bir millət olaraq qarşılaşdığımız çətinliklər və sınaqlar birlik və əsas ümumi razılıq dövrü tələb edir”, - deyə yeni dövlət başçısı andiçmə mərasiminin keçirildiyi Boqotadakı “Bolivar” Meydanında deyib.

Qeyd edək ki, 2022-ci il iyunun 19-da Kolumbiya solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim edib. 50,69 faiz səslə Q.Petro Kolumbiyanın prezidenti seçilib və o, Kolumbiya tarixində ilk solçu prezident olub. Korrupsiyaya qarşı Hökmdarlar liqası” siyasi hərəkatını təmsil edən Rodolfo Hernandes isə 47,3 % səs toplayıb.



Әlaqәli Xәbәrlәr