Almaniyada polis anbarında baş verən partlayış yanğına səbəb olub

Almaniyanın paytaxtı Berlində Qrunevald meşəsində polisə məxsus anbarda partlayış nəticəsində yanğın baş verib.

1863803
Almaniyada polis anbarında baş verən partlayış yanğına səbəb olub

Berlin yanğınsöndürmə briqadasından hadisə ilə əlaqi açıqlama verilib. Bildirilir ki, məhv ediləsi bombaların saxlandığı anbarda baş verən partlayışdan sonra başlayan yanğın Qrunevald meşəsinə yayılıb. Anbardakı bombaların ardıcıl partlayışı yanğının söndürülməsini çətinləşdirir. Hazırda anbar və ətrafı da daxil olmaqla 1,5 hektar meşə sahəsi yanıb.

Hadisə yerinə 100 yanğınsöndürəçünün cəlb olduğu ifadə edilən açıqlamada, yanğından yaşayış evlərinin təsirlənmədiyi bildirilib.



Әlaqәli Xәbәrlәr