Kəbəyə üz sürtmək qadağan olundu

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin yeni qaydaları

1845243
Kəbəyə üz sürtmək qadağan olundu

 

  Müqəddəs torpaqlara çatan hacı namizədlərini pandemiyadan sonrakı qaydalar təəccübləndirib.

  Pandemiya ilə əlaqədar Kəbə ətrafında Beytullah üçün Osmanlı imperatorluğu tərəfindən tikilmiş tarixi eyvanların sökülməsi ilə başlayan müzakirələrə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin yeni qaydaları da əlavə edilib. Belə ki, Hacərül-Əsvəd daşı ilə Kəbənin divarları arasındaki Mültezem adlı hissəyə, Hacərül-Əsvəd və Kəbənin divarlarına üz sürtən hacılar artıq bakteriyalarla əlaqədar yalnız Kəbənin ətrafına dolanacaqlar.

  Qeyd edək ki, bu qərara qədər Hacərül-Əsvədi ziyarət edən müsəlmanlar Kəbəyə üz sürtərək dua edirdilər.

  Belə bir tənzimləmənin təvaf ruhuna zidd olduğunu bildirən hacı namizədləri Hərəmi-Şərifdə qaydaların əvvəlki kimi olmasını müsəlman dövlətlərin dini başçılarından xahiş edirlər.



Әlaqәli Xәbәrlәr