İsveç və Kanada Ukraynaya hərbi texnika göndərir

TRT xəbər verir ki, İsveçin Baş naziri Maqdalena Andersson keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

1786615
İsveç və Kanada Ukraynaya hərbi texnika göndərir

Baş nazir Andersson qeyd edib ki, Ukraynaya 5000 AT4 tank əleyhinə silah, 5000 polad jilet, 5000 hərbi dəbilqə və 135 min əsgərə kifayət edəcəq qədər hazır yemək göndərəcəyik. Həhumanitar yardım üçün də 50 milyon avro əlavə dəstək verəcəyik.

Kanadanın baş naziri Castin Trüdo isə Ukraynaya 25 milyon dollar dəyərində hərbi ləvazimat təmin etdiklərini açıqlayıb. Trüdo sosial media hesabında paylaşdığı açıqlamada: “Ukrayna xalqına özünü müdafiə etməkdə kömək edəcək müxtəlif hərbi ləvazimat göndəririk. Silahlı Qüvvələrimiz sözmövzusu materialların Ukraynaya çatdırılması və NATO-nun digər ehtiyaclarının təmini üçün hava daşıma dəstəyi verəcək. Putinin beynəlxalq hüquqa və insan haqlarına hörmətsizliyinə və təcavüzünə qarşı Ukraynanın və Ukrayna xalqının yanında olmaqda davam edəcəyik.”

Xatırladaq ki, Fevralın 14-də Kanada Ukraynaya 500 milyon dollar kredit və 7,8 milyon dollar hərbi material yardım ayırdığını açıqlayıb. Rusiya qoşunları isə fevralın 24-də Ukraynaya hücum başladıb.



Әlaqәli Xәbәrlәr