Ərəb koalisiyası Sanada hökumət binalarının boşaldılmasına çağırıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri Yəmənin paytaxtı Sanada hökumət binalarının boşaldılmasına çağırıb.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri Yəmənin paytaxtı Sanada hökumət binalarının boşaldılmasına çağırıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi "SPA"-nın xəbərinə görə, Koalisiyaya edilən çağırışda husilərin Sanada hökumət və nazirlik binalarını hücum əməliyyatları üçün istifadə etdiyi vurğulanıb və sözügedən binalardakı mülki vətəndaşlardan dərhal ölkəni tərk etmələri istənilib.
Açıqlamaya görə, Səudiyyə Ərəbistanının Ebha hava limanında mülki şəxsləri hədəf alan hücumla əlaqəli olan Sanadakı qərargah bombalanacaq.
Qeyd edək ki, husilər 2014-cü ilin sentyabr ayından paytaxt Sananı və bəzi bölgələri nəzarətdə saxlasa da, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.
Әlaqәli Xәbәrlәr
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi
Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...
Şahzadə atasına görə səfərini təxirə saldı
Səudiyyə Ərəbistanı Kral Divanından verilən məlumata görə ...