Ərəb koalisiyası: Husilərin pilotsuz uçuş aparatları məhv edilib

Ərəb koalisiyası İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının cənubuna göndərdiyi 3 pilotsuz uçuş aparatın vurulduğunu açıqlayıb.

1755857
Ərəb koalisiyası: Husilərin pilotsuz uçuş aparatları məhv edilib

Yəməndəki hökumət qüvvələrinə dəstək verən ərəb koalisiyası İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının cənubuna göndərdiyi 3 pilotsuz uçan aparatın vurulduğunu açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi "SPA"-da dərc olunan koalisiyanın yazılı açıqlamasında Yəmənin paytaxtı Sanadan ölkənin cənubundakı Nəcran bölgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumun təşkil edildiyi bildirilib.

Beynəlxalq Sana Hava Limanından havaya qalxan 3 PUA-nın Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyinə dair məlumatların yer aldığı açıqlamada husilərin mülki şəxslərdən qalxan kimi istifadə etdiyi və PUA-ları havalandırdığı vurğulanıb.

Açıqlamada Yəməndən gələ biləcək təhdidlərə qarşı lazımi tədbirlərin görüləcəyi qeyd edilib.

Ərəb koalisiyası yanvarın 2-də də Səudiyyə Ərəbistanına hücum etmək üçün havaya qalxan 3 PUA-nı vurduğunu açıqlayıb.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə husilərlə hökumətə bağlı qüvvələr arasında toqquşmalar gedir.

Husilər 2014-cü ilin sentyabrından paytaxt Sananı və bəzi bölgələri nəzarətdə saxlasa da, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.



Әlaqәli Xәbәrlәr