Ərəb koalisiyası: Yəməndə 310 husi milisi öldürülüb

Ərəb koalisiyasından verilən yazılı açıqlamada son 24 saat ərzində Yəmənin Marib vilayətində husilərə qarşı 36 əməliyyatın keçirildiyi bildirilib.

1751906
Ərəb koalisiyası: Yəməndə 310 husi milisi öldürülüb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin Marib əyalətində İranın dəstəklədiyi husilərə qarşı əməliyyatlarda 310 milis əməkdaşının öldürüldüyünü açıqlayıb.
Ərəb koalisiyasından verilən yazılı açıqlamada son 24 saat ərzində Yəmənin Marib vilayətində husilərə qarşı 36 əməliyyatın keçirildiyi bildirilib.

Sözügedən əməliyyatlarda 310 husi silahlısının öldürüldüyü, 28 hərbi maşının yararsız hala salındığı bildirilib.

Husilər tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Sana və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.



Әlaqәli Xәbәrlәr