Ərəb koalisiyası: Yəməndə yüzlərlə milis öldürüldü

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası Yəmənin 3 fərqli bölgəsində İranın dəstəklədiyi husilərə qarşı təşkil edilən hücumlarda 360-dan çox milisin öldürüldüyünü bildirib.

1748739

Yəməndəki hökumət qüvvələrini dəstəkləyən verən Ərəb koalisiyasından verilən yazılı açıqlamada son 24 saatda ölkənin qərbində yerləşən Qırmızı dəniz sahilindəki bölgələrdə 4, Marib və Cevf vilayətlərində isə 19 olmaqla husilərə qarşı ümumilikdə 23 hücumun təşkil edildiyi bildirilib.

Açıqlamada Qırmızı dəniz bölgəsində 15 husi, Marib və Cevf bölgələrində isə 350 husi silahlısının öldürüldüyü, 24 hərbi maşının yararsız hala salındığı qeyd edilib.

Husilər tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Saana və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Әlaqәli Xәbәrlәr