ABŞ səyahət qadağasını ləğv etdi
ABŞ bu gündən etibarən hava limanlarında və quru sərhədlərində peyvəndlərini tamamlamış sərnişinləri qəbul etməyə başlayıb,
ABŞ-ın bu qərarı ilə əvvəlki prezident Donald Tramp administrasiyası dövründən qüvvədə olan Covid-19 məhdudiyyətlərinə son qoyulub. Yeni tətbiqə görə, ABŞ-a daxil olmaq istəyən sərnişinlər peyvənd olunduğunu sübut etməli və test nəticəsi mənfi olmalıdır. Meksika və Kanadadan quru yolu ilə ölkəyə səyahət edəcək olanlardan Covid-19 testi tələb olunmayacaq. ABŞ-a hava nəqliyyatı ilə daxil olmaq istəyən sərnişinlərdən şəxsiyyət məlumatlarını peyvənd vəsiqələri ilə uyğunlaşdırmaları tələb olunacaq və peyvənd olunduğunu sübut edə bilməyən sərnişinlər pozuntuya görə 35 min dollara qədər cərimə edilə biləcəklər.
Әlaqәli Xәbәrlәr
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi
Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...
Şahzadə atasına görə səfərini təxirə saldı
Səudiyyə Ərəbistanı Kral Divanından verilən məlumata görə ...