Almaniyada radikal irqçi qrupa müdaxilə

Almaniyada polis qaçqınların Polşa sərhədini keçməsinin qarşısını almaq üçün bölgəyə axışan radikal irqçi qrupa müdaxilə edib.

1724393
Almaniyada radikal irqçi qrupa müdaxilə

Polis  tərəfindən silahları müsadirə edilən qrup bölgədən çıxarılıb. Məlumata  görə  polisin müsadirə etdiyi silahlar  arasında çox sayda dəyənək  kimi atəşli olmayan silahlar və bibər qazı var. Radikal irqçi qrupun neonasist qruplarla  əməkdaşlıq  etdiyi  düşünülür.

Qeyd  edək  ki, bölgədə miqrant hərəkətliliyi avqust ayından bəri  artıb. Radikal irqçilər  isə  buna  biganə  qalmayaraq  tərəfdaşlarını  bölgəyə gedərək   qaçqınların ölkəyə girişinin qarşısını almağa  çağırıb.  



Әlaqәli Xәbәrlәr