İtaliyanın cənubunda miqrantları daşıyan gəmi qəzaya uğrayıb, 8 nəfər həlak olub

Aralıq dənizilə Afrikadan Avropaya gedən miqrantları daşıyan qayıq qəzaya uğrayıb, nəticədə 7 nəfər dənizdə batıb.

1667432
İtaliyanın cənubunda miqrantları daşıyan gəmi qəzaya uğrayıb, 8 nəfər həlak olub

İtaliyanın cənubunda yerləşən Lampedusa adası yaxınlığında Aralıq dənizilə Afrikadan Avropaya gedən miqrantları daşıyan qayıq qəzaya uğrayıb, nəticədə 7 nəfər dənizdə batıb.

Qəza bu gün səhər radələrində baş verib. 

"ANSA" agentiliyinin xəbərinə görə, adadan 5 milədək məsafədə baş verən qəza yerinə gələn xilasetmə xidməti 48 nəfəri sahilə çıxarıb. 9 miqrantın isə itkin olduğu bildirilib. 

Polis hadisənin səbəblərini araşdırır. İlkin ehtimala görə, qəzaya səbəb qayıqdakıların çox hərəkət etmələri olub.

Qeyd edək ki, Lampedusa adası miqrantların mühüm ara məntəqəsidir və qanunsuz miqrant hərəkəti yay aylarında xeyli artıb. Son vaxtlarda Şimali Afrikadan adaya çatan miqrant sayının 660 olduğu qeyd edilib. 



Әlaqәli Xәbәrlәr