İran Cənubi Koreyanın tankerini sərbəst buraxıb

İran 4 yanvarda gəminin körfəz sularını çirkləndirməsi səbəbilə Cənubi Koreya bayraqlı neft tankerinin sərbəst buraxıldığını bildirib.

1617890
İran Cənubi Koreyanın tankerini sərbəst buraxıb

İran 4 yanvarda gəminin körfəz sularını çirkləndirməsi səbəbilə Cənubi Koreya bayraqlı neft tankerinin sərbəst buraxıldığını bildirib. 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə rəsmi Seul və gəmi sahibinin istəyi ilə İran məhkəməsinin Cənubi Koreya bayraqlı neft tankerinin sərbəst buraxılmasına qərar verdiyini söyləyib.

Hatibzadə kapitan və gəminin "bölgədəki pozuntular mövzusunda pis bir tarixə sahib olmasının" İran məhkəməsinin müsbət qərar verməsini asanlaşdırdığını vurğulayıb.

Xatırladaq ki, İran hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət edən neft tankerini özünün su ərazisində saxlayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliyinə doğru hərəkət edən Cənubi Koreya bayrağı altında üzən “Hankuk Chemi” tankeri Hörmüz boğazında, Bəndır Abbas limanında, İran ərazisində saxlanılıb.

Tankerin saxlanılmasına səbəb olaraq gəminin körfəz sularını çirkləndirməsi göstərilib.



Әlaqәli Xәbәrlәr