Qətər əmiri Səudiyyə Ərəbistanına səfər edib

Qətər əmiri şeyx Təmim bin Həməd Al-Tani Səudiyyə Ərəbistanına səfər edib.

1557847
Qətər əmiri Səudiyyə Ərəbistanına səfər edib

Qətər əmiri şeyx Təmim bin Həməd Al-Tani Səudiyyə Ərəbistanına səfər edib.

Qətər əmirini hava limanında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı səmimi şəkildə qarşılayıb.

Qətər əmiri Səudiyyə Ərəbistanında keçiriləcək Körfəz ölkələri Əməkdaşlıq Şurasının sammitində iştirak edəcək.

Qeyd edək ki, yanvarın 4-də Səudiyyə Ərəbistanı 3 illik aradan sonra Qətərlə hava, su və quru sərhədini açdığını bəyan edib. Sammit çərçivəsində iki ölkə arasında sazişin imzalanacağı da gözlənilir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman keçiriləcək sammitin "sözdə və əməliyyatda birlik yığıncağı" olacağını bildirmişdi.

Sammit zamanı Yəməndə davam edən müharibə, ABŞ-la və yeni seçilmiş prezident Co Bayden administrasiyası ilə gələcək münasibətlər müzakirə olunacaq.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 5 iyun 2017-ci ildə "terror qruplarını dəstəklədiyi" ittihamı ilə Qətər ilə bütün diplomatik əlaqələdini kəsmiş və bu ölkəyə iqtisadi sanksiya tətbiq etməyə başlamışdı. 

Qətər həmin ölkələrin bütün ittihamlarını rədd edərkən, bu vəziyyət Körfəz bölgəsində böhrana səbəb olmuşdu.

Küveyt isə böhranın başlanışından bəridir həll üçün tərəflər arasında vasitəçilik cəhdlərini davam etdirmişdi. 



Әlaqәli Xәbәrlәr