İranın 5 neft tankerindən birincisi Venezuela limanına çatdı

Venezuelanın xarici işlər naziri Xorxe Arreaza (Jorge Arreaza) ictimai media hesabı “twitter”dən etdiyi şərhdə bildirib...

1422900
İranın 5 neft tankerindən birincisi Venezuela limanına çatdı

 

  Venezuelanın xarici işlər naziri Xorxe Arreaza (Jorge Arreaza) ictimai media hesabı “twitter”dən etdiyi şərhdə bildirib: "İran və Venezuela çətin zamanlarda həmişə bir-birlərinə dəstək olublar. Venezuela xalqı üçün gələn birinci neft tankeri ölkənin limanına çatıb”.

  Neft tankeri "Fortune" Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər hansı müdaxiləsilə qarşılaşmayıb.

  İran prezidenti Həsən Ruhani mayın 23-ündə etdiyi xəbərdarlıqda Venezuelaya maye yanacaq daşıyan neft tankerlərinə ABŞ-ın ola biləcək müdaxiləsinin rəsmi Vaşinqtona baha başa gələcəyini demişdi.

  "Forest", "Faxon", "Petunia" və "Clavel" adlı digər 4 neft tanker də Atlantik okeanı ilə Venezuelaya doğru yola davam edir. Bu tankerlərdə ümumi 1 milyon 53 min barel maye yanacaq daşınır.

  Qeyd edək ki, dünyanın ən böyük neft ehtiyatlarına sahib ölkələrdən olan Venezuela ABŞ-ın sanksiyaları və iqtisadi böhranla əlaqədar neftayırma zavodlarını istədiyi şəkildə işlədə, eyni səbəbdən isə İran neftini sata bilmir.



Әlaqәli Xәbәrlәr